Şəhid gizir Şəhriyar Quliyevin anım günüdür

Bu gün gizir şəhidimiz Şəhriyar Quliyevin anım günüdür. Onun şəhadətə ucaldığı gündən 5 il ötür.
BAKU.WS xəbər verir ki, Şəhriyar Quliyev 1990-cı il mayın 25-də Ağdamın Cinli kəndində doğulub.
1997-2008-ci illərdə Sumqayıt şəhərində M. Füzuli adına 15 nömrəli tam orta məktəbdə təhsil alıb.

Şəhriyar Quliyev 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
2016-cı ilin 2-6 aprel tarixlərində baş verən Aprel döyüşlərində iştirak edib.
Gizir olan Şəhriyar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərə qatılıb.
150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Onlar arasında polkovnik də olub.

Şəhriyar Quliyev oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlər zamanı şəhid olub.
O Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi. Şəhidimizin 2 oğlu yadigar qalıb.
Şəhriyar Quliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qarabağ" ordeni ilə və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhriyar Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə, "Füzulinin azad olunmasına görə" medalı ilə və "Xocavəndin azad olunmasına görə" medalları ilə də təltif edilib.
Allha rəhmət etsin!
Oxşar xəbərlər
BDYP xəbərdarlıq etdi! Bu maşınlar TƏHLÜKƏ MƏNBƏYİDİR
Benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. Bu barədə Baş Dövlət Yol Polisi...
