Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib
"Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiq edilib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Eyni zamanda "Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada təsdiqlənib.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Oxşar xəbərlər
Azərbaycandan digər ölkələrə yeni dəmir yolu xətləri açılacaq? - VACİB AÇIQLAMA
"Bakıdan xarici ölkələrə yeni dəmir yolu istiqamətlərinin açılması məsələsində əsas qərar hökumətin mövqeyindən və müvafiq qiymətləndirmələrdən asılıdır. Bununl...