"Şamaxinka"da ilk dəfə işıqforlar istifadəyə verilib
Bakının Yasamal rayonu, Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsində ilk dəfə işıqforlar istifadəyə verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd olunub ki, "Şamaxinka" adlanan yol sahəsi artıq işıqforla tənzimlənir. Hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar ərazidə ümumilikdə 13 işıqfor dirəyi üzərində nəqliyyat və piyada bölmələri quraşdırılaraq yol hərəkəti iştirakçılarının istifadəsinə verilib.
İstifadəyə verilən yeni nəqliyyat və piyada işıqforları Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişmələrində, həmçinin bu kəsişmələrin yaxınlığında yerləşən geriyədönmə yerində hərəkət növbəliliyini tənzimləyir.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilib.
Oxşar xəbərlər
Yuxu çatışmazlığı erkən ölüm riskini artırır - XƏBƏRDARLIQ
Uzunmüddətli yuxu çatışmazlığı erkən ölüm riskini artıran ən az qiymətləndirilən amillərdən biri hesab olunur. BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə,...