Şamaxı şəhərində YOL PROBLEMİ: Sakinlər şikayətçidirlər
Şamaxı şəhəri, Şirvan küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək yaşadıqları ərazidə yolun yararsız vəziyyətdə olmasından şikayətləniblər.
Belə ki, 100-dən çox ailənin yaşadığı küçənin bir neçə nöqtəsində asfalt örtüyü dağılıb, yolda dərin çuxurlar əmələ gəlib.
Sakinlər bildirirlər ki, bu vəziyyət həm nəqliyyatın hərəkətini çətinləşdirir, həm də avtomobillərə ziyan vurur.
"Bu yoldan keçəndə çətinlik çəkirik. Maşında nasazlıqlar yaranır, qazandığımızı ancaq ustalara veririk", - deyə sakinlərdən biri qeyd edib.
Başqa bir sakinin sözlərinə görə, küçədən mütəmadi olaraq çoxtonnajlı nəqliyyat vasitələri keçir:
"Küçədən hər maşın keçəndə evlər silkələnir. Bu yolda dəfələrlə qəza olub".
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, müvafiq dövlət proqramına uyğun olaraq şəhərdə küçələrin və digər avtomobil yollarının asfaltlanması layihəsi mərhələli şəkildə davam etdirilir.
Şirvan küçəsində də qrafikə uyğun olaraq işlərin aparılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Bank olmayan kredit təşkilatlarında faizlər nəyə əsasən müəyyən edilir?
Banklardan kredit ala bilməyən və ya uzun prosedurlarla qarşılaşan vətəndaşların bir qismi çıxış yolunu bank olmayan kredit təşkilatlarında (BOKT) görür. Sadələ...