Saleh Səmədovun işdən çıxarılan oğlunun yerinə TƏYİNAT
Yeniliklərdən dərhal xəbərdar olun
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun işdən çıxarılan oğlu Kamran Səmədovun yerinə təyinat olub.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, vaxtilə İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini işləyən Kamran Səmədovun yerinə Şəmşir Əhmədov təyin edilib. O, artıq işinin icrasına başlayıb.
Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış etmişdi. O, sonradan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib.
Hazırda iş üzrə ibtidai istintaq aparılır. S.Səmədovun oğlu Kamran Səmədov isə atasının "Georgi lenti" ilə çıxışından bir neçə gün sonra vəzifəsindən azad edilmişdi.
Fotoda: Kamran Səmədov
![]()
Oxşar xəbərlər
Azərbaycanda kişilərin ölüm göstəricisi qadınlardan yüksəkdir: Diqqətçəkən faktlar, səbəblər
Azərbaycanda kişilərin qadınlarla müqayisədə daha yüksək ölüm göstəricisinə malik olması diqqət çəkir. Xüsusilə gənclər arasında qeydə alınan fərq bir sıra sual...