Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib
Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyət, mərhum şairin ailə üzvləri və media mənsubları iştirak ediblər.
Mərasimdə çıxış edənlər Çingiz Əlioğlunun ədəbi və ictimai fəaliyyətinə toxunublar.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov onun yarım əsrlik ədəbi fəaliyyətini ciddi araşdırma mənbəyi olacağını qeyd edib.
Xalq yazıçısı Anar Çingiz Əlioğlu ilə möhkəm dostluq münasibətlərinin olduğunu bildirib. O, Çingiz Əlioğlunun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki adlandırıb.
Yazıçı Seyran Səxavət isə çıxışında Çingiz Əlioğlunun unikal poetik düşüncəyə malik olduğunu ifadə edib.
Yekunda çıxış edən mərhumun oğlu, kinoprodüser və rejissor Orman Əliyev mərasim iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib. O, Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Qalereya
***11:27
Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlunun Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.
Şair ilə vida mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.
Daha sonra onun nəşi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Xatırladaq ki, şair ötən gün səhər saatlarında vəfat edib.
Oxşar xəbərlər
Sabah Astarada qaz olmayacaq
Sabah Astara şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlu...