Şahin Bağırov bir idarədə ixtisarlara başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" birliyində ixtisarlar başlayır.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq sərəncam imzalayıb.
8 iyul 2025-ci il tarixli Sərəncama əsasən, "Azərterminalkompleks" birliyinin yeni strukturu və ştat cədvəli təsdiq edilib.
Sərəncama uyğun olaraq, bu il sentyabrın 1-dən etibarən yeni struktur qüvvəyə minəcək. Bununla da struktur dəyişikliyi çərçivəsində bəzi vəzifələr ixtisar oluna bilər. Belə hallarda aidiyyəti vəzifələr üzrə əmək müqavilələrinin ləğv olunması qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcəyi qeyd edilib.
Oxşar xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a ETSN-in mət...