Şabranda kənd əhalisi niyə susuz qalıb?
03
avq
2026
18:52
Şabranın Gəndov kəndində illərdir davam edən su problemi sakinlərin narazılığına səbəb olub.
Baku TV-nin qaynar xəttinə müraciət edən kənd sakinləri yaşayış məntəqəsinin bir hissəsində uzun illərdir içməli su çatışmazlığı yaşandığını bildiriblər.
Təxminən 800 təsərrüfatın və 3 min 300 nəfər əhalinin olduğu kənddə problem xüsusilə yay aylarında daha da kəskinləşir. Sakinlərin sözlərinə görə, kəndə içməli su xətləri hələ 1970-ci illərdə çəkilib. Lakin zaman keçdikcə borular istismar müddətini başa vurduğundan kəndin böyük bir hissəsi içməli sudan məhrum qalıb.
Oxşar xəbərlər
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayon...