Sabahın hava proqnozu AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq.
Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95%, gündüz 65-75% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək.
Lakin axşam bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi bəzi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 3-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 20-də Bakıda və Abşeron yarım...