Sabahdan bu avtobusda gedişhaqqı kartla olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
25.08.2021-ci il tarixindən 165 nömrəli marşrut xətti (Mehdiabad qəs., Qarant Yaşayış Kompleksi, A.M.Şərifzadə küç) üzrə hərəkət edən avtobuslarda gedişhaqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Binəqədi qəs. (Binəqədi Gənclər Şəhərciyi)Binəqədi qəs. (C.Cabbarlı küç. yaxınlığı)Binəqədi qəsəbə mərkəziBinəqədi qəs. ("Muxtar" marketin yaxınlığı)Binəqədi qəs. (Novxanı yolu)Binəqədi şos. (Svetoforun yanı)Rəsulzadə qəs. (Park)
Oxşar xəbərlər
“Atabank” və “Amrahbank”da əmanətləri olanların nəzərinə! - Kompensasiyaların verilməsinə başlanılır
Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması...