Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Energetika Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Dövlət Energetika Xidmətinin funksiyalarının "Azərenerji" və "Azərişıq" ASC-yə ötürülməsi ilə əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətlərin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Kəngərlinin bir hissəsində martin 11-də saat 12:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilələr olacaq.
Oxşar xəbərlər
Bakıda torpaq sürüşməsi: Hasarlar arasındakı məsafə üç metrə çatdı
Bakının Badamdar qəsəbəsinin 3-cü massivində torpaq sürüşməsi baş verib. Ərazidə torpaq qatının ayrılması nəticəsində fərdi yaşayış evlərinin həyətlərində dərin...