Sabah Astaranın 3 yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Astaranın 3 yaşayış məntəqəsində qaz olmayacaq
Sosial 28

Astara rayonunun 3 yaşayış məntəqəsində təbii qazın verilişi dayandırılacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində 2024-2025-ci illərin Payız-qış tədbirlər planına əsasən Maşxan kəndində diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin üzərində olan nasaz siyirtmənin yenisi ilə əvəz olunması ücün “Şahağacı” QPS-dən qidalanan Təngərüd, Maşxan kəndləri və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla 1700 abonentin qaz təchizatının sabah saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Oxşar xəbərlər

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Avqustun 6-da Masallı rayonunun dörd kəndində təbii qazın verilişi dayandırılacaq. "Report"un Muğan bürosunun məlumatına görə, rayonun Qəriblər kəndində payız-q...

1959 Sosial 21:00 05 avqust 2024

Son xəbərlər