Sabah 3 rayonun təbii qaz təchizatı məhdudlaşdırılacaq

Sabah 3 rayonun təbii qaz təchizatı məhdudlaşdırılacaq
Sosial 1586
 

Avqustun 24-də saat 9-dan 18-dək SOCAR-ın "Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Padar”, Astara magistral qaz kəmərləri sahəsinin "RVO” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-ın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, təmir müddətində Ağsu rayonunun Padar və Nəmirli, Lənkəran rayonunun Rvo, Narbağı və Qrumba, Lerik rayonunun Piran kəndinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

Abşeron, Hacıqabul və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. SOCAR-dan BAKU.WS-ə verilən məlumata görə, avqustun 5-də saat 10:...

1289 Sosial 17:36 04 avqust 2016

Son xəbərlər