Saat 10:00-dan Bakının bu ərazilərində QAZ KƏSİLİB
Tbilisi prospekti ölçü qovşağının girişində yaranmış sızmanın ləğv edilməsi məqsədilə 24.11.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə 6-cı, 7-ci və 9-cu mikrorayonların, "Motodrom", "Varovski" və "Xutor" yaşayış massivlərinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsinin bir hissəsinin, Y.Hüseynov, X.Natavan, Q.Süleymanov, T.Şevçenko, L.Tolstoy, Ə.Qasımov, R.İsmayılov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Bu gün bəzi ərazilərdə işıq olmayacaq - ÜNVANLAR
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 20-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (R...