Rusiyada 5 deputat COVID-19-a yoluxub
13
may
2020
15:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Dövlət Dumasının 5 deputatı yeni növ koronavirusa (COVID-19) yoluxub.
BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu gün keçirilən iclasda bildirib ki, koronavirusa yoluxan 5 deputatdan biri xəstəxanadan buraxılıb.
Digər iki deputat ev, qalanları isə stasionar şəraitdə müalicəsini davam etdirirlər.
Qeyd edək ki, Rusiya Federasiyasının baş naziri Mixail Mişustin və prezidentin mətbuat katibi Dmitri Peskov da koronavirusa yoluxub.
Oxşar xəbərlər
Peskov da koronavirusa yoluxdu
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirusa yoluxub. BAKU.WS xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Peskov özü bu barədə məluma...