Medvedev baş nazirin koronavirusa yoluxmasına reaksiya verdi
Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, ölkənin baş naziri Mixail Mişustinin koronavirusa yoluxması ilə bağlı xəbərə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Sabiq baş nazir olan Dmitri Medvedev hazırkı hökumət rəhbərinə can sağlığı arzulayıb: "Səmimi qəlbdən hamıya sağlamlıq arzulayıram. Xüsusilə ölkəmizdəki xəstə insanlara, hökumətdəki həmkarlarım Mixail Vladimiroviç Mişustinə can sağlığı arzulayıram".
Qeyd edək ki, Mişustin 30 aprel tarixində koronavirusa yoluxub. Koronavirus üçün verdiyi analizlərin cavabı müsbət çıxdıqdan sona Baş nazir şəxsən Rusiya Prezidenti Vladimir Putinə bu barədə məlumat verib.
1 may tarixinə Rusiyada 114 mindən çox koronavirus infeksiyası qeydə alınıb. Epidemiyanın bütün dövründə 1 169 nəfər ölüb, 13 220 nəfər sağalıb.
Oxşar xəbərlər
Qonşu ölkələrdə son vəziyyət: Azərbaycan aprelin 20-dən sonra karantini uzadacaq?
4 aydır bütün dünyada yayılan koronavirus pandemiyası səbəbindən milyardlarla insana sosial izolyasiya tədbirləri tətbiq olunub. BAKU.WS xəbər verir ki, bəzi öl...