Rusiya XİN-in onlarla əməkdaşı koronavirusa yoluxub, ölən də var
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 40-a yaxın əməkdaşı COVID-19-a yoluxub.
BAKU.WS yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov məlumat verib.
O deyib ki, yoluxanlardan biri vəfat edib. Koronavirusdan ölən şəxsin 62 yaşı olub.
Qeyd edək ki, Rusiyada son sutka ərzində daha 6719 nəfər yeni növ koronavirusa yoluxub, ölkə üzrə ümumi yoluxma sayı 641 156-ya yüksəlib. Ötən sutkada virus daşıyıcısı olan 93 nəfər vəfat edib. Bununla pandemiya qurbanlarının sayı 9166-ya çatıb. İndiyədək 403 430 xəstə sağalıb.
Oxşar xəbərlər
Koronavirusun ən çox yayıldığı TƏHLÜKƏLİ ölkələrin SİYAHISI
Dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 9 904 963-ə çatıb. BAKU.WS-in məlumatına görə, bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən...