Koronavirusun ən çox yayıldığı TƏHLÜKƏLİ ölkələrin SİYAHISI

Koronavirusun ən çox yayıldığı TƏHLÜKƏLİ ölkələrin SİYAHISI
Sosial 475

Dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 9 904 963-ə çatıb.

BAKU.WS-in məlumatına görə, bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir.

Bildirilir ki, koronavirusun aşkarlandığı ölkələrdə pandemiya ərzində təhlükəli virusdan ölənlərin sayı 4 96 866 nəfərə yüksəlib. Bununla yanaşı, virusa yoluxmuş 5 357 840 pasiyent sağalıb.

Dünyada koronavirusa yoluxma hallarının sayına görə əvvəlki kimi ABŞ liderdir. Birləşmiş Ştatlarda 2 552 956 insan COVID-19 xəstəsi kimi qeydə alınıb, ölənlərin sayı 127 640 nəfərə çatır.

Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Cənubi Amerika ölkəsində virusa 1 280 054 insan yoluxub, virusdan vəfat edənlərin sayı 56 109 nəfərə yüksəlib.

Qonşu Rusiya koronavirusun yayılması baxımından siyahıda üçüncü yerdədir. Bu ölkədə COVID-19-a 620 794 yoluxma qeydə alınıb, 8 781 nəfər ölüb.

Hindistan da koronavirus pandemiyası baxımından ən çox təhlükəli ölkələr siyahısında yer alıb. Cənubi Asiyanın bu ölkəsində 509 446 insan virus daşıyıcısı kimi qeydiyyata alınıb, 15 689 nəfər ölüb.

Böyük Britaniya pandemiya baxımından ən təhlükəli ölkələrin ilk beşliyinə daxildir. Birləşmiş Krallıqda COVID-19-a 309 360 yoluxma aşkarlanıb. Eyni zamanda 43 414 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Koronavirus pandemiyasının ən çox yayılması ilə bağlı siyahıda İspaniya, Peru, Çili, İtaliya, İran, Meksika, Pakistan, Türkiyə, Almaniyanın da adları var. Bu ölkələrdə 190 mindən çox insanın koronavirus testi müsbət çıxıb. Dünyada hər milyon nəfərə yoluxma sayına görə Ermənistan birinci yerdədir.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər