Rüfət Badirov: "Salon hara, tikinti hara?"

Rüfət Badirov: Salon hara, tikinti hara?
Sosial 3718

Həmsöhbətimiz Face Studio gözəllik salonları şəbəkəsinin yaradıcısı və rəhbəri Rüfət Badirovdur.

-Hər vaxtınız xeyir Rüfət. İlk növbədə sizi yeni layihəniz münasibətilə təbrik edirik. Bildiyimiz qədərilə bu günlərdə təmir üzrə yeni facehome mağazanızın açılışı baş tutdu və bu gün siz artıq bir neçə tamamilə fərqli və ən əsası uğurlu biznes layihələrini idarə edirsiniz. Bizim oxucularımızı ən çox maraqlandıran sual var- bütün bunlar necə başladı?

-12 il keçməsinə baxmayaraq, bunu dünənki gün kimi xartırlayıram: 22 yaşım var idi və nə yüksək, nə də kasıb olmayan, orta təbəqəli ailədəm idim. Valideynlərim mənim uşaqlıq xoşbəxtliyim üçün hər şey edirdilər. Elə həmin zamanlarda, başlanğıc olaraq təhsil, daha sonra isə həmişəlik yaşamaq üçün başqa bir üsul tapmaq məqsədilə köçüb Amerikada yaşamaq fikri yarandı. Texniki cəhətdən bunu həyata keçirmək o qədər də çətin deyildi, çünki uşaqlıqdan ingilis dilini yaxşı bilirdim və bu vaxta qədər bir neçə il BP-də işləmişdim. Qalan yalnız TOEFL imtahanından keçmək, şəhər və bir universitet seçmək idi. Test üçün təxminən bir həftə hazırlaşdım. Hələ də balımı xatırlayıram, 120 baldan 107 bal. Bu isə mənim tamamilə istənilən universitetə qəbul olmağım və hətta onlardan bəzi ödənişsiz universitetlərə qəbul olmağım üçün imkan verirdi. Vaşinqtonda prestijli universitet seçmişdim. 6 aydan sonra gedişimi planlaşdırmışdım. Lakin sonda məlum oldu ki, anam, yaxşı fikirdir və.s. deməsinə baxmayaraq, əslində məni buraxmaq istəmirdi. Kiçik bir haşiyəyə çıxaq – mənim bir çox qafqaz kişilərində olduğu kimi çılğın, ağır və hətta nə gizlədim – xoşagəlməz xarakterim var və 22 yaşımda olmağımı, gənclik maksimalizmini də əlavə etsək, həmin vaxt düşüncələrimdə nələrin baş verdiyini başa düşürsünüz – mən hər şeyi bilirəm, mən həmişə haqlıyam. Anam, sadəcə mənim getməyimi istəmədiyi barədə deməklə, məni, hər şeyin istədiyim kimi olmasını hamıya sübut etmək üçün prinsipcə əksinə hərəkət etməyə məcbur edəcəyini anlayırdı. Elə həmin vaxt o mənə imtina edə bilməyəcəyim bir təklif etdi. Həmin vaxt onun, həkim kosmetoloq kimi işlədiyi kiçik salonu var idi. Beləliklə o dedi ki, Rüfət, sən tezliklə oraya gedirsən. Sənin yaşamaq, yemək, geyinmək üçün pula ehtiyacın olacaq. Orada hər şey olduqca bahadır. Sən isə bunun üçün Makdonalds və ya KFC kimi yerlərdə işləməyə məcbur olacaqsan. Ən yaxşısı, gəl biz tez bir zamanda burada sənin üçün salon açaq, mən sənə yardım edəcəm. Sən, bir neçə ay ərzində həmin salonun işlərini qaydaya salacaqsan və həmin salon ay ərzində 5-10 min qazanc gətirəcək. Biz isə həmin pulları oraya sənin kart hesabına göndərərik. Gəlin etiraf edək ki, şəxsi obyekt ifadəsi, ofisiant işləməkdən daha şirin səslənir. Əlavə olaraq cəmi 2-3 ay ərzində daimi 5-10 min gəlir əldə etmək olar! Belə bir cazbedici təklifdən necə imtina etmək olardı? Həmin vaxt sadəcə tələyə düşdüyümü anlamadan, uzun müddət düşünmədən məmnuniyyətlə razılaşdım. Biz tez bir vaxtda, mənim təcili evlənməyim üçün alınmış evi yarı qiymətə satdıq və bu mənim başlanğıc kapitalım oldu. Həmin pullarla xətaidə yerləşən ilk salonu qurduq. Ancaq sizin də artıq anladığınız kimi, bu mənim heç yerə getməməyim üçün hiylə idi. Həmin biznes məni tamamilə özünə çəkmişdi və elə başlanğıcdan heç bir aylıq minlərlə gəlirlərdən söhbət ola bilməzdi. Təxminən bir il yarım mən sözün əsl mənasında sıfırla işlədim! Yalnız iki il sonra mən, yeni ildə– bir ay üçün təqribən 300 manat ilk gəlirimi əldə etdim. Təbbi ki, Amerika daha sonraya ertələndi və hər şey elə buradan başladı.

- Köçmədiyinizə görə peşmanlıq hiss edirsiniz?

- Heç bir qram da yox, əksinə mən əminəm ki, istənilən başqa ölkədə bu qədər uğura nail ola bilməzdim. Axı, doğulduğun/ yaşadığın yerdə pul qazanmaq həmişə daha asandır. Elementar olaraq ona görə ki, sən dili, yolları, insanları, qanunları, əlaqələri, dostları tanıyır və ümumiyyətlə hər şeyin necə qurulduğunu bilirsən. Sən, istənilən başqa bir ölkədə bu müsbətlərə sahib olmursan, ona görə də elə həmin pulları qazanmaq bir neçə dəfə daha ağır olur. Ümumiyyətlə Azərbaycanın biznes üçün mükəmməl ölkə olduğunu düşünürəm. Mən və mənim bir çox dostlarım bunun bariz nümunəsiyik ki, biznesə day-daysız, tapşırıqsız, bəxtəbəxt və.s. olmadan, nisbətən daha az kapital ilə belə başlamaq mümkündür. Misal üçün, Moskvada biznes yaratmaq daha çətindir. Bizim orada artıq 5 ildir ki, salonlar üçün məhsul satışı ilə məşğul olan facecosmetics firmamız var. Xatırlayıram ki, orada sadəcə firmanı qeydiyyatdan keçirmək üçün təxminən bir ay vaxt itkisi, sonsuz kağız və bürokratiya qarma-qarışıqlıqları oldu. Bunun kimi firmanın Bakıda qeydiyyatdan keçirilməsi üçün isə cəmi 3 gün vaxt sərf olundu.

- Bu barədə daha ətraflı danışmaq olarmı? Dövlət sizə yardım edir yoxsa əksinə? Axı bütün bunlar, vergilər, gömrük, kağızlar və.s. deyəsən çox çətindir.

- Məsələ ondadır ki, 12 il ərzində bir çox şeylər dəyişib – yaxşı da olub, pis də. Başlanğıcda həqiqətən də sevindirməyən anlar olurdu. Ayda bir dəfə, tanımadığmız idarə və bələdiyyələrin müfəttişi kimi təqdim olunan, tanımadığım boz paltolu qovluqlu insanlar gəlirdi. Lakin, xoşbəxtlikdən onların sayı ilbəil geometrik proqres üzrə azalmağa başlayırdı. Bu gün üçün isə cəsarətlə deyə bilər ki, onların hamsı dünyasını dəyişib və bu yalnız tarix olaraq alıb. Biz isə bütün bunlar barədə uşaqlarımıza danışa bilərik. Hal- hazırda bir çox hallarda dövlət tərəfindən sahibkarlara yardım göstərilir. Misal üçün, artıq üçüncü dəfədir ki, biz işçilərin əmək haqqı üçün yardım və pandemiyaya görə zərərçəmiş biznes sahiblərinə birdəfəlik yardım almışıq, hazırda isə işçilərimizin sayı 200-dən artıqdır. Ümumiyyətlə hazırda düzgün şəkildə işləmək daha çox sərfəlidir – ağır zamanlarda dövlət tərəfindən daha çox bonus, birdəfəlik ödəniş, güzəştli kreditlər alırsan, vergilər üzrə güzəştlər əldə edirsən – hər şey meqaoptimallaşdırılmışdır, istənilən rəqəmlər tamamilə şəffaflaşmışdır. Bu gün istənilən işçi dövlət saytı üzrə öz profilinə giriş edə və pensiya fondunadək onun üçün nə qədər yatırımlar olunduğuna baxa bilər.

- Siz, dövlət orqanlarından qorxmaq barəsində əfsanələri inkar edirsiniz, axı onlar əslində kömək edir. Bəs siz öz növbənizdə cavab olaraq dövlətə yardım edirsiniz?

- Hal hazırda mənim vergi, DSFM və gömrük hesablarım il ərzində 250.000 manat təşkil edir və buna görə də cəsarətlə deyə bilərəm ki, bəli. Biz böyük face ailəmizdə 250-dən artıq insan işləyir və onların hər biri gündəlik evinə bir parça çörək aparır. Onların hər birinin evində 3-5 nəfər var. Bununla yanaşı biz gündəlik 1000 insanı yeməklə təmin edirik. Biz daima yardım göstəriririk və çətin vaxtlarda koronovirusa qarşı mübarizə fonduna, hərbi fonda və şəhidlərə kömək üçün öz töhfəmizi vermişik. Təəssüf ki, bu mövzu bizə də təsir göstərdi. Bizim cavan əməkdaşlarımızdan biri şəhid oldu. Bu günlərdə “yaralı hərbi qulluqçular və şəhidlərə yardım fondu” ilə birgə 100 şəhid ailəsinə ərzaqla yardım aksiyası keçirəcəyik. Hal- hazırda hökümətin icra orqanları ilə inzibati detallar barədə razılaşdırırıq. Bir vaxtlar dostlarımın oxşar hərəkətləri məni bu hərəkətləri etməyə məcbur etdi, belə anlarda həmişə laqeyd qalmadıqlarını görüb onlardan nümunə götürmək istədim. Ümid edirəm öz növbəmdə mənim də hərəkətlərim tanıdığım və tanımadığım digər insanları bu zənciri davam etdirməyə sövq edəcəkdir. Yeri gəlmişkən, bu fürsətdən istifadə edərək demək istəyirəm ki, bizim bərbərlik salonlarımızdakı peşələr üzrə bütün ödənişli təlimlər bütün Vətən müharibəsi iştirakçılarının ailələri üçün tamamilə ödənişsizdir, onlar bizi qorumaqla artıq hər şeyi ödəyiblər. Bu mövzuda birbaşa olaraq salonların qəbul şöbəsinə yaxınlaşa bilərsiniz.

- Düşüncələriniz və hərəkətlərinizə görə təşəkkür edirik! Bu gün faceholdingin hansı layihələrdən ibarət olduğunu bilmək istərdik.

- Əsas, əkbəttə ki, bu gün bazarda analoqu olmayan 12 gözəllik salonu olan facestudiodur;ikinci istiqamət yalnız aparat və invaziv kosmetologiyanın təqdim olunduğu faceestetik estetik klinikasıdır;üçüncü istiqamət, şəhərdə ən dadlı və xırçıltılı təndir çörəyi bişirlən, bravo supermarketlərində yerləşən facetandir - 15 cari və bir neçə ay ərzində açılacaq 10 təndir şəbəkəsidir;dördüncü istiqamət salonlar üçün peşəkar kosmetik vasitələrin satışı ilə facecosmeticsdir;beşinci istiqamət isə facehomedur. Burada hər şey təmir üçündür, bütün təmir üçün bir dəfədə divar kağızlarından başlayaraq, qapı və laminatlara qədər hər şeyin canlı olaraq seçim imkanını verən şourum mövcuddur. Sumqayıtda artıq ilk şourum açılmışdır. Hal hazırda İnqlabda ikinci filialın açılışı üçün aktiv tikinti gedir.Yeri gəlmişkən, hal hazırda altıncı istiqamət - facecistka kimyəvi təmizləmə şəbəkəsi üzərində işləyirik. Artıq ad üzrə patent almışıq, layihə hazırlanır, birdəfəyə bir neçə obyekt açılacaq.

- Bütün bunları necə idarə edirsiniz və bunların hamısı necə işləyir?- Mənim günüm səhər saat 5-də qaçış ilə başlayır, daha sonra boks və daha sonra isə axşamadək işləyirəm. Bu gün layihənin uğurlu olması üçün təqribən yarım il bu işlə yaxından məşğul olmaq, onu belə desək, relsə salmaq, daha sonra isə menecerə həvalə etmək lazımdır. İşi menecerə etibar etməyi bacarmaq lazımdır. Çünki fiziki olaraq daim hər şeyi özünün etməyi mümkün deyil, vəzifələri bölüşdürmək lazımdır. Mənim idarəetmə və hesabat sistemim tamamilə avtomatlaşdırılmış və hər bir layihə üçün ayrıca olaraq sıfırdan yazılmışdır. İstənilən an mən telefonum vasitəsilə bütün satışları, müştəriləri, anbar məhsullarının yerdəyişməsini və.s. görə bilərəm. Bütün bunlar oyun kimi İphona quraşdırılmışdır. Ona görə də bunu idarəetmək asan və xoşdur. Axı cansıxıcı olmaması üçün əyləncəli şəkildə işləmək lazımdır. Bəs niyə hər şey alınır, ona görə ki, face brendi keyfiyyətlə və etibarla birləşən ad qazanıb. Hamı başa düşür ki, nəticədə brend arxasında bir nəfər dayanır və sabah hətta biz facedoner açsaq belə, hər şey maksimum mümkün səviyyədə olacaq, ən bahalı avadanlıqlar alınacaq, ətin keyfiyyəti ideal olacaq, inəklər elə mağaza qarşısında dayanacaq, işçi heyəti savadlı olacaq, qənaət etməyə ehtiyac olmayan məqamlarda qənaət olunmayacaq, dad təkrarolunmaz olacaq və sonda bütün bunlarla yanaşı rəqabətqabiliyyətli qiymətlər olacaq. İndi isə real layihələr barədə - facecistka ilə də faktiki olaraq bütün bunlar belə olacaq. Bu layihə həyata keçirildiyi zaman hər bir insan əmin olacaq ki, maksimum mümkün italiya avadanlığı alınmış, heyətin təlimləndirilməsi üçün mütəxəssislər İtaliyadan dəvət olunmuşdur (yeri gəlmişkən, onlardan biri Nikola Kusixdir). Burada heç bir əşya korlanmayacaq və bununla yanaşı qiymətlər üçqat deyil, tam əksinə şəbəkə faktoruna görə orta qiymətlərdən belə aşağı olacaq.

-Məhz, son layihə, ən maraqlı layihə olan facehome layihəsi haqqında daha ətraflı danışa bilərik? Axı bu tamamilə başqa istiqamətdir?

- Bu fikrə dostlarımın məsləhəti ilə gəldim. Hər dəfə bir obyekt və ya mənzil bitirdiyimi görəndə uşaqlar usta olmalı olduğumu söyləyirdilər, bu səbəbdən işlər mümkün qədər tez və səmərəli alınırdı. Əvvəllər bu fikirlərə qarşı zaraftca yanaşırdım. Lakin daha sonra bu barədə o qədər tez-tez eşidirdim ki, buna qarşı ciddi yanaşmağa başladım. Bu gün mənim həm şəxsi və həm də dostlarımın 50-dən çox obyekt, villa/bağ, mənzil təmir layihələri həyata keçirilmişdir. Məsələ burasındadır ki, bizim brendimizin keyfiyyətini nəzərə alsaq, bu istiqamət ideal namizəddir. Bir lətifə yadıma düşdü, dizayneri dəstəyə çağıra bilərsiniz? O məşğuldur. Bəs o nə edir? Onu döyürlər. Deməli, düzgün təmir üçün bunu etmək lazımdır? Doğrudur – səni aldatmamaları, məyus etməmələri, atmamaları, pullarla birgə qaçmamaları və sonradan üçqat ödəməli olacağın şəkildə hər şeyi pozmamaları üçün bunu etmək lazımdır. Məhz elə bu vaxt face adı gəlir. Çünki insan başa düşür ki, bütün bu problem və baş ağrıları ola bilməz. Çünki bu birgünlük şirkət deyil, özünü bütün Azərbaycanda tanıdan brenddir. Ay ərzində artıq 6 layihə qəbul etmişik, onlardan ikisi çox böyük (villa) və ikisi isə uğursuz təmirdən sonra yenidən təmir layihəsidir. Layihələrdən birində köçdükdən bir ay sonra, laminat növünün düzgün seçilməməsinə və adi süngər əvəzinə məsaməli süngərdən istifadə olunmamasına görə isti döşəmə səbəbindən bütün laminat qabarmışdır. Bir ay keçdikdən sonra bu hadisə baş verdiyi zaman, müştəri ustalara müraciət etmişdi ki, bunu quraşdırdıqdan sonra dedilər ki, biz heç nəyə görə məsuliyyət daşımırıq, nə bacarırsan elə, istəyirsən get ver polisə. Təəssüf ki, küçədən tapıldığı zaman ustaların belə bir iş səviyyəsi və belə bir risk olur. Nəticədə, müştəri bütün mənzil boyu quraşdırılan həmin (yeri gəlmişkən, həmin ustalar tərəfindən satış qiymətindən 30% baha alınan) laminatın çıxarılıb atılmasına və yeni laminatın quraşdırılmasına görə artıq pul ödəməli oldu. Birinci halda, nəticədə müştəri bütün bunlara görə təxminən 2500-dən çox pul ödəmiş və bir ay köhnə ustalarla telefonda hesablaşmalar aparmışdısa, ikinci halda problem təəssüf ki qaçılmaz oldu. Müştəri Nardaranda 3 mərtəbəli villa tikdirib. Rəngsaz və alçıpan işçisi bir nəfər idi, işi 10% daha tez bitirmək üçün dərzibantdan (təəssüf ki, bu sözün rus dilində necə ifadə olunacağını bilmirəm, texniki termindir) istifadə etmədən bütün rəngsazlıq, tavan və arakəsmə işləri ilə ümumi 20000 manat məbləğində iş görüblər. Nəticədə 2 aydan sonra bütün tavan və divarların tikişləri sözün əsl mənasında söküldü, hər şey çatladı, hər şey boşa getdi. Müştəri bu barədə ustalara zəng vurub, onlar məsuliyyətə görə qorxaraq sadəcə nömrəni söndürüb və görünür tullayıblar. Çünki artıq bir aydan çoxdur ki, müştəri onları tapa bilmir. İndi artıq, 25000 manat təşkil edəcək bütün bu işlərin yenidən görülməsi üçün bizə müraciət edib. Nəticədə, müştəri zəmanətlə birgə bir dəfəlik 25000 manat ödəmək əvəzinə 45000 manat + əsəb ödəmiş oldu + özünü böyük məbləğdə aldadılmış hesab edir, çünki birinci 20000 manat faktiki olaraq havaya sovruldu. Məhz bu hallar, işləri zəmanətlə təhvil vermək üçün, və hətta sabah hər hansı problem yarandığı halda belə hətta özünə zərər verərək, lakin öz adını və nüfuzunu saxlayaraq onu sadəcə yenidən düzəltmək üçün face lazımdır. Bütün bunlarla yanaşı, biz divar kağızlarından, keramoqranit və laminatdan başlayaraq qapılaradək hər şeyi özümüz gətiririk ki, bu da işin maksimum sərfəli qiymətlərlə yerinə yetirilməsinə imkan yaradır. Həm də bizdə yalnız topdan satış deyil, pərakəndə satış da mövcuddur. Bunun üçün Sumqayıt tikinti mərkəzində- daş bazarında yerləşən şourum açılmışdır. Tezliklə İnqilabda ikinci filialımız açılacaq. Burada istənilən müştəri çox böyük məhsul diapazonu seçə biləcək. Yalnız bir şourumda, Sumqayıtda, fiziki olaraq 70-dən artıq qapı, 200 divar kağızı növü, 80 laminat növü, 120 keramoqranit növü və.s. təqdim olunmuşdur. Bütün bunlar, insanın bir mağazaya daxil olaraq bütün evin bəzədilməsində seçim edə bilməsi üçün yaradılmışdır. Biz dərnəgül, sədərək, inqilab, çapayevdə 30 müxtəlif mağazalara gediş tələbini aradan qaldırmışıq. Bu, bir saatlıq daxil olaraq sakitləşdirici musiqi altında bir fincan çay, kofe ilə bütün mənzil üçün daxili bəzək sifariş etməyə imkan yaradan məkandır. Bununla yanaşı, istənilən büdcəyə uyğun məhsullar təqdim olunmuşdur, misal üçün divar kağızlarını 4 manatdan 135 manatadək, qapıları 69 manatdan 1300 manatadək və.s. təklif edirik. Heç bir müştəridən imtina etmək istəmirik, burada hər kəs cibinə uyğun olanı seçim edə bilər. Bundan başqa, digər müəssisələrdən daha aşağı qiymətlər təqdim edə bilmək üçün mebel istehsalı üzrə öz seximizi açmışıq. Bu layihə üzərində uzun müddət işləmişik, buna görə də belə bir nəticə əldə etmişik. İri layihələrlə işlər zamanı yalnız mənim komandan deyil şəxsən mən özüm də iştirak edirəm.

- Belə bir hərtərəfli məlumat üçün çox sağ olun. Digər layihələrində həyata keçirilməsini gözləyəcəyik. Oxucularımızla bu qədər səmimi paylaşdığınız üçün təşəkkür edirik. Sizə heç zaman dayanmamağı diləyirik və təcrübənizin onlarıda oxşar hərəkətlər etməyə ruhlandıracağına ümid edirik.

Son xəbərlər