Respublika Pediatriya Mərkəzində qanunvericiliyin tələbləri pozulur? - RƏSMİ AÇIQLAMA

Respublika Pediatriya Mərkəzində qanunvericiliyin tələbləri pozulur? - RƏSMİ AÇIQLAMA
Sosial 617

Respublika Pediatriya Mərkəzinin əməkdaşlarının iş saatı artırılmasi ilə bağlı məlumatlar yayılıb.

BAKU.WS xəbər verir ki, bəzi Kütləvi İnformasiya Vasitələrində bu barədə informasiya yayılandan sonra adıçəkilən quruma müraciət etdik.

Respublika Pediatriya Mərkəzindən BAKU.WS-ə bildirildi ki, Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində iş normativləri Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

Belə ki, Reanimasiya və Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbələrində fasiləsiz tibbi xidmətin təmin edilməsi məqsədilə əməkdaşlar 12 saatlıq növbəli iş rejimi ilə fəaliyyət göstərirlər. Digər şöbələrdə isə çoxnövbəli iş qrafiki tətbiq edilir.

Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq həftəlik və aylıq normativ iş saatları aşılmır. Mərkəzimiz tibbi heyətin hüquqlarına hörmət edir və əmək şəraitinin qanunvericiliyə tam uyğun formada tənzimlənməsini təmin edir.

Ziya SƏCCAD

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir sıra ərazilər qazsız qalacaq

Bir sıra ərazilər qazsız qalacaq

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...

29 Sosial 23:59 30 oktyabr 2026

Son xəbərlər