Rasim Balayevdən danışan həmkarı: "Biz Babəkimizi itirdik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Allah ona rəhmət etsin. Dünəndən özümə gələ bilmirəm".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Rasim Balayevin vida mərasimində iştirak edən həmkarı, Xalq artisti Fatma Mahmudova bildirib.
O qeyd edib ki, Rasim Balayevin vəfatı ilə Azərbaycan xalqı Nəsimi kimi şairi də itirmiş oldu. Bundan sonra Nəsimi obrazı yaddaşlarda sadəcə bir xatirəyə çevrildi:
"Ağır xəstəyəm. Amma evdə dözə bilmədim. Dedim gəlim onunla vidalaşım. Biz Babəkimizi itirdik. Nəsimi o vaxt yox, indi öldü".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev ötən gün vəfat edib.
O Türkiyənin İstanbul şəhərindəki "Memorial" xəstəxanasında dünyasını dəyişib. O ağciyər xərçəngi və şəkər xəstəliyindən əziyyət çəkirdi.
Zöhrə Pənahi
Oxşar xəbərlər
Bir sıra ərazilər qazsız qalacaq
Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar noyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəq...