Ramana qalasının yaxınlığındakı tullantılar qaz boruları üçün risk yaradır
Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən tarixi Ramana qalasının ətrafında xoşagəlməz mənzərə yaranıb.
Əraziyə məişət tullantıları, quru ağaclar və müxtəlif zibillər atılıb.
BAKU.WS xəbər verir ki, Baku TV-nin ərazidə olan əməkdaşının sözlərinə görə, yaxınlıqda zibil konteynerlərinin olmasına baxmayaraq, tullantılar, əsasən, axşam saatlarında əraziyə gətirilərək boşaldılır.
Bildirilib ki, tullantılar arasında quru ağacların çox olması təhlükə yaradır.
Belə ki, zibilliyin yaxınlığından qaz boruları keçir. Tullantıların yandırılması halında alovun borulara keçməsi ciddi fəsadlara səbəb ola bilər.
Oxşar xəbərlər
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə BAKU.WS-ə Ailə, Qad...