Qusarda kəndi su basıb

Qusarda kəndi su basıb
Sosial 1330
Qusar rayonunda Cağar-Cibir su borusu partlayıb.ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib. Kanalın Çiləgir kəndi ərazisindən keçən hissəsində borunun partlaması nəticəsində Çiləgir kəndini su basıb. Kanala suyun verilişi dayandırılıb və təmir işlərinin aparılması üçün hazırlıq prosesinə başlanılıb.Qusar suvarma sistemləri idarəsindən ONA-ya verilən məlumata görə, qısa müddətdə təmir işlərinə başlanılacaq.Qusar rayon İcra Hakimiyyətindən ONA-ya bildirilib ki, suyun kəndə axması nəticəsində kənd sakinlərinə ziyan dəyməyib.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda su borusu partlayıb - Yolda tıxac yaranıb - FOTO

Bakıda su borusu partlayıb - Yolda tıxac yaranıb - FOTO

Bakıda su borusu partlayıb.ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə paytaxtın Babək prospektində qeydə alınıb. Su xəttinin partlama...

2103 Sosial 17:06 02 mart 2019

Son xəbərlər