Qurban Nəzirov agentlikdəki vəzifəsini itirdi - YENİ TƏYİNAT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) Mərkəzi Monitorinq və Qiymətləndirmə filialında kadr dəyişikliyi olub.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Qurban Nəzirov Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının müdir müavini vəzifəsindən azad olunub.
Digər əmrlə, onun yerinə indiyədək Risklərin qiymətləndirilməsi və təhlil şöbəsinin müdiri vəzifəsində çalışan Azər Əsədov təyin edilib.
Xatırladaq ki, ötən ay Mərkəzi Monitorinq və Qiymətləndirmə filialına Elnur Qasımov müdir təyin edilib. Bu ayın əvvəlində İlham Məlikov filiala müdir müavini təyin olunub.
Oxşar xəbərlər
Yol polisindən hava ilə bağlı hərəkət iştirakçılarına XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib BAKU.WS xəbər verir ki, xəbərdarlıqda qeyd olunur ki, Milli Hid...