Qubada xəstəxana tikintisinə 7,5 milyon manat ayrılıb
14
mar
2018
20:52
Azərbaycan prezidenti İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinin başa çatdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 7,55 milyon manatı Səhiyyə Nazirliyinə ayrılıb. BAKU.WS
Oxşar xəbərlər
Müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınmasına 10 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş...