"Qırmızı körpü"də gömrük-buraxılış işi dəyişdiriləcək

12
iyn
2017
22:48
Gürcüstan və Azərbaycan Avropa İttifaqının (Aİ) dəstəyi ilə "Qırmızı körpü" gömrük-buraxılış məntəqəsinin təkmilləşdirilməsi üzərində çalışır.
BAKU.WS Trend-ə istinadən bildirir ki, Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, Gürcüstan ərazisində fitosanitar, baytarlıq və digər növ laboratoriyalar yaradılacaq: "Azərbaycan tərəfində isə iri logistika mərkəzi tikiləcək".
Qeyd edək ki, layihə bu ilin martında başlayıb və 2017-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Layihə Azərbaycana 1,3 milyon dollara başa gələcək.
BAKU.WS

Oxşar xəbərlər
Gömrükdə 5 minə yaxın siqaret müsadirə olundu
Gömrük nəzarətindən gizlədilən 5 minə yaxın siqaret müsadirə olunub. Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq...