Azərbaycan-Gürcüstan sərhədində tıxac yaranıb - FOTO

Azərbaycan-Gürcüstan sərhədində tıxac yaranıb - FOTO
Hadisə 1266
 

Azərbaycan-Gürcüstan sərhədində yerləşən Sınıq Körpü keçid məntəqəsində iritonnajlı maşınların sıxlığı yaranıb. "Report"un məlumatına görə, yük maşınlarının sürücüləri sərhədi keçmək üçün bir neçə saat gözləməli olurlar.

Sürücülərin sözlərinə görə, əsas problem yanacaq daşıyan maşınların tıxacda qalmasıdır. Onlar bildirir ki, bu nəqliyyat vasitələrinin uzun müddət məntəqədə dayanması çox təhlükəlidir.

Buraxılış məntəqəsinin piyada keçid xəttində isə vəziyyət normaldır. Sərhədi piyada keçmək istəyənlər heç bir çətinlik yaşamırlar.

Sınıq Körpü sərhəd-buraxılış məntəqəsindən bildiriblər ki, son günlər gediş-gəliş zamanı sıxlıq müşahidə olunmur. Azərbaycana gələn və Gürcüstana keçmək istəyənlər yoxlanıldıqdan sonra rahat şəkildə yollarına davam edirlər. İritonnajlı avtomobillərdə isə daha çox Gürcüstan tərəfdə yoxlanış zamanı ləngimələr yaranır.

BAKU.WS

Oxşar xəbərlər

Gürcüstanla sərhəddə sıxlıq yaranıb

Gürcüstanla sərhəddə sıxlıq yaranıb

İyun ayının 6-da səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü” gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb. Dövlət Göm...

1058 Hadisə 16:49 06 iyul 2016

Son xəbərlər