Bakıda piyadalar üçün körpü inşaa edildi (FOTO)
Bakıda bu vaxta kimi şəhərdə görünməyən piyada keçidi inşa olunur.
BAKU.WS məlumat verir ki, körpü-keçid paytaxtın İstiqlaliyyət və Azərbaycan (keçmiş Hüsü Hacıyev) küçələrinin kəsişməsində yerüstü piyada keçidinin inşaasına start verilib.
İş icraçılarının Milli.Az-a verdiyi məlumata görə, keçid müvəqqəti xarakterlidir. Belə ki, nəqliyyat vasitələri və piyadaların Formula-1 yarışları ilə bağlı İstiqlaliyyət küçəsinə girişinə tam məhdudiyyət qoyulacağından və ən yaxın yeraltı piyada keçidi də nisbətən uzaqda, metronun "İçərişəhər" stansiyasının qarşısında yerləşdiyindən insanların rahat hərəkətini təmin etmək məqsədilə ərazidə yerüstü körpü-keçid quraşdırılır. Keçidin çıxışı Mirzə Ələkbər Sabir bağına, digəri isə Azərbaycan küçəsinə açılır.
Piyada keçidinin digərlərindən əsas fərqi onun daha geniş və üstünün açıq olmasıdır.
Qeyd edilib ki, Formula-1 yarışlarından sonra yolda məhdudiyyət aradan qaldırılacağı üçün yeni körpü-keçid də demontaj edilərək söküləcək.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda unikal körpü tikildi (FOTO)
Salyan rayonu Kür çayı üzərində inşa edilən asma körpü ilə Qafqazda bir ilkə imza atıldı. Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun y...