Qrip və mövsümi xəstəliklərdən qorunmağın 6 YOLU

Havaların qeyri sabit keçməsi respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarının artmasına səbəb olub. Lakin bəzi qaydalara əməl etməklə sağlamlığın qeydinə qalmaq mümkündür.
BAKU.WS qripdən qorunmağa kömək edən sadə üsulları təqdim edir:
1. Əlləri tez-tez yumaq: Əllərin sabun və isti su ilə ən az 20 saniyə yuyulması virusun yayılmasının qarşısını almaqda mühüm rol oynayır.
2. İmmuniteti gücləndirmək: Düzgün qidalanmaq, kifayət qədər yatmaq və fiziki aktiv olmaq bədənin müqavimətini artırır.
3. Qapalı məkanlarda maska taxmaq: Xüsusilə çoxsaylı insanların toplandığı yerlərdə maskadan istifadə tövsiyə olunur.
4. Havalandırmaya diqqət etmək: Yaşadığınız və işlədiyiniz yerləri gündəlik olaraq havalandırmaq virusların yayılmasının qarşısını alır.
5. İnsanlarla yaxın təmasdan çəkinmək: Öskürən və ya asqıran insanlardan mümkün qədər uzaq durmaq tövsiyə edilir.
6. Peyvəndləmə: Mövsümi qripə qarşı peyvənd olunmaq, xüsusilə risk qrupunda olan insanlar üçün vacibdir.
Oxşar xəbərlər
Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Daha bir YENİLİK OLACAQ
Metroda eskalatorların fasiləsiz işləməsi üçün həm texniki baxışların vaxtında aparılması, həm də avadanlığın yenilənməsi vacibdir. BAKU.WS xəbər verir ki, mütə...
