“Qiymətlər artırsa, əmək haqqı da artırılmalıdır”- Deputatdan AÇIQLAMA
20
avq
2018
15:40
Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı yanacağın qiymətində dəyişiklik olub. Yeni qiymətə əsasən, "Premium Euro-95”in satış qiyməti 1,50 manat, "Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.BAKU.WS xəbər verir ki, qiymət artımı ilə bağlı bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, yeni qiymət artımı əhalinin bir hissəsinin sosial vəziyyətinə mənfi təsir göstərəcək."Çox güman ki dünya bazarında qiymət artımı olduğuna görə, Azərbaycanda da eyni vəziyyət müşahidə olunub. Əhalinin böyük hissəsinin daha çox istifadə etdiyi "Ai-92” markalı benzinin qiyməti artmayıb. Bu da əhalinin bütün təbəqələrinin sosial vəziyyətinə təsir göstərəcək. Yeni qiymət artımı əhalinin bəzi hissəsinə mənfi təsir göstərəcək”,- deyə F.Mustafa bildirib.Deputat vurğulayıb ki, Azərbyacan benzin emal edən ölkədir: "Yaxşı olardı ki bizdə benzinin qiyməti əhalinin əmək haqqısına cavab verən şəkildə olsun. Ümid edək ki bundan sonra "Ai-92” markalı benzinin qiymətində artım olmayacaq. Artımlar olacaqsa, o zaman əhalinin əmək haqqısı da artırılmalıdır”.BAKU.WS
Oxşar xəbərlər
“Aİ-92” markalı benzinin və dizelin qiyməti də bahalaşacaq? — RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi ötən gün axşam saatlarından etibarən Bakıda satılan "AI-95 Premium" markalı benzin bahalaşıb.BAKU.WS-in məlumatına görə, “Premium Euro-95”...