Azərbaycanda benzin bahalaşdı

Azərbaycanda benzin bahalaşdı
İqtisadiyyat 2

 

Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.

APA-nın xəbərinə görə, artıq yanacaqdoldurma məntəqələrində "AI-95 Premium" və "Aİ-98 Super” markalı benzinin  yeni qiymətləri tablolara vurulub.

Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN və "Super Aİ-98”  markalı benzinin isə 1,20 AZN müəyyənləşib.  

Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.

Qiymət artımı Azərbaycanda istehsal olunan "AI-92” markalı benzin  və "L-62” markalı dizel yanacağına tətbiq olunmayıb. Bu məhsulların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.  

Qeyd edək ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdı. Həmin vaxt "Aİ-95 Premium” markalı benzin 1,05 AZN, "Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi. 

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda bu markalı benzinin qiymətinin artması gözlənilir

Azərbaycanda bu markalı benzinin qiymətinin artması gözlənilir

Dolların məzənnəsinin artması avtomobil yanacağının qiymətinin dəyişməsinə səbəb olacaq. BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a SOCAR-dakı mənbələrdə...

5486 İqtisadiyyat 22:10 31 yanvar 2017

Son xəbərlər