“Aİ-92” markalı benzinin və dizelin qiyməti də bahalaşacaq? — RƏSMİ AÇIQLAMA

“Aİ-92” markalı benzinin və dizelin qiyməti də bahalaşacaq? — RƏSMİ AÇIQLAMA
İqtisadiyyat 9295
Xəbər verdiyimiz kimi ötən gün axşam saatlarından etibarən Bakıda satılan "AI-95 Premium" markalı benzin bahalaşıb.BAKU.WS-in məlumatına görə, “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşaraq müvafiq olaraq 1 manat 50 qəpik və 1 manat 60 qəpik olub.Bu xəbərdən sonra sosial şəbəkələrdə Azərbaycanda istehsal olunan “Aİ-92” markalı benzinin və dizel yanacağının bahalaşacağı barədə müzakirələr başlanılıb. Hətta bəzi KİV-lərdə artıq “Aİ-92” markalı benzinin bahalaşması barədə informasiya yayılıb. Bildirilir ki, “Aİ-92” markalı benzin 1 manat olub.Məsələ ilə əlaqədar Tarif Şurası ilə əlaqə yaratdıq.Qurumdan BAKU.WS-ə bildirilib ki, Azərbaycanın istehsal etdiyi benzin bahalaşmayacaq.“Aİ 92 markalı benzin və dizel ilə bağlı qiymət dəyişikliyi yoxdur. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Yaxın günlərdə də Aİ 92 markalı benzinin və dizelin qiymət artımı ilə bağlı müzakirə nəzərdə tutulmayıb”, - deyə Tarif Şurasından bildirilib.Qeyd edək ki, Tarif Şurası Azərbaycanda istehsal olunan mal və xidmətlərin qiymətini tənzimləyir. Azərbaycan isə “Aİ-92” markalı benzin istehsal edir. Bahalaşacağı deyilən "Premium Euro-95" markalı benzin isə xaricdən idxal olunur. Xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün "AI-95 Premium" markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda benzin bahalaşdı

Azərbaycanda benzin bahalaşdı

Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşıb.BAKU.WS-in məlumatına görə, “Premium Euro-95” və “Super Euro-98”...

18716 İqtisadiyyat 18:48 19 avqust 2018

Son xəbərlər