Bu gecə benzin və dizelin bahalaşacağı gözlənilir

Bu gecə benzin və dizelin bahalaşacağı gözlənilir
İqtisadiyyat 17929
Bakıdakı yanacaqdoldurma məntəqələrində bu gün axşam saatlarından etibarən Avropa standartlarına uyğun "AI-95 Premium" benzinin bahalaşacağı gözlənilir.BAKU.WS-in etibarlı mənbədən əldə etdiyi məlumata görə, Tarif Şurasının qərarı ilə "AI-95 Premium" benzini bu gecədən yeni qiymətlə satışa çıxarılacağı gözlənilir.Bundan başqa, dizel yanacağının da qiymətində artım olacağı bildirilir.Qeyd edək ki, 2017-ci ilin yanvar ayında BAKU.WS "AI-95 Premium" benzininin qiymətinin bahalaşacağı barədə xəbər yazmışdı və həmin gecə bu xəbər öz təsdiqini tapmışdı. Onu da bildirək ki, "Premium Euro-95" markalı benzin Azərbaycana xaricdən gətirilir. Bu benzinlər isə «Avro-4» standartlarına uyğundur. "AI-98" markalı benzin kimi, "AI-95 Premium" da Rumıniyadan idxal olunur.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda 98 markalı benzinin satışı dayandırıldı – SƏBƏB (VİDEO)

Azərbaycanda 98 markalı benzinin satışı dayandırıldı – SƏBƏB (VİDEO)

Yanacaqdoldurma məntəqələrində “Aİ-98” super markalı benzinin satışı dayandırılıb. BAKU.WS-in Xəzər TV-yə istinadən məlumatına görə, bu markalı benzini ölkəyə g...

3110 Video 22:51 13 noyabr 2017

Son xəbərlər