Tarif Şurasından Aİ-98 markalı benzinin qiymətinin bahalaşması ilə bağlı AÇIQLAMA
05
sen
2017
21:29
Aİ-98 super markalı benzinin qiymətinin bahalaşması istehlak bazarında qiymətlərə təsir etməyəcək.BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Tarif (qiymət) Şurasından bildirilib.“Bu marka benzinin Azərbaycanda istifadəsi minimaldır – Aİ-98 super yalnız “lüks” avtomobillərdə istifadə olunur. Bu səbəbdən onun qiymətinin artmasının istehlak bazarında qiymətlərə təsir göstərəcəyi barədə danışmaq düzgün deyil”, – Şuradan qeyd ediblər.Tarif Şurasından həmçinin bildirilib ki, bu marka benzinin Azərbaycana idxal edildiyi üçün onun qiyməti dövlət tərəfindən tənzimlənmir.Qeyd edək ki, ölkəyə Super Euro-98 markalı benzin, əsasən, Bolqarıstan, Rusiya, Rumıniya və Belarusdan idxal olunur.Xatırladaq ki, bu gün Aİ-98 super markalı benzinin qiyməti 1,20 manatdan 1,30 manata artıb.BAKU.WS
Oxşar xəbərlər
Nazirlik: “Super” markalı benzinin bahalaşmasının hər hansı sahəyə təsirindən danışmaq yersizdir
“Azərbaycanda “Aİ-98 super” markalı benzinin bahalaşması heç bir sahəyə təsir etməyəcək”. BAKU.WS xəbər verir ki, bu barədə “APA-Economics”ə açıqlamasında İqtis...