Qidalanma saatı insanın psixologiyasına necə təsir edir?

Qidalanma saatı insanın psixologiyasına necə təsir edir?
Sosial 82

Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, yalnız qidalanmanın tərkibi deyil, nə vaxt yemək də insanın psixi sağlamlığına ciddi təsir göstərir. Xüsusilə səhər yeməyini buraxmaq və gec saatlarda yemək psixoloji problemləri dərinləşdirə bilər.

BAKU.WS xəbər verir ki, Amerikanın Brigham and Women's Hospital-ında aparılan tədqiqatda müəyyən olunub ki, gecə saatlarında qidalanan şəxslərdə narahatlıq və depressiya əlamətləri gündüz yeyənlərlə müqayisədə daha çox müşahidə olunur. Tədqiqatçılar bildirir ki, qidalanma saatı bioritmləri pozduqda beyində serotonin və melatonin kimi əhval-ruhiyyəyə təsir edən hormonların balansı da dəyişir.

Psixoloqların fikrincə, düzgün vaxtda yemək beyində "nizamlılıq və təhlükəsizlik hissi" yaradır. Bu isə emosional sabitlik və stressə qarşı dayanıqlıq baxımından vacibdir. Xüsusilə gündəlik rejimi olan insanların əhvalı və enerjisi daha stabil olur.

Mütəxəssislər səhər yeməyindən imtinanın həm psixi, həm də fiziki sağlamlıq üçün zərərli olduğunu vurğulayır və günün əsas qidalarının günorta saatlarınadək qəbul edilməsini tövsiyə edirlər.

Son xəbərlər