Boyu 62 sm, çəkisi 5 kiloqram olan "dünyanın ən kiçik qadını" - Məşhur seriallarda rol alıb, öz geyimlərini dizayn edir

Boyu 62 sm, çəkisi 5 kiloqram olan dünyanın ən kiçik qadını - Məşhur seriallarda rol alıb, öz geyimlərini dizayn edir
Digər 10

Dünyanın ən qısaboylu qadını kimi Ginnesin Rekordlar Kitabına düşən hindistanlı Cyoti Amge cəmi 62 sm boyu və 5 kiloqram çəkisi ilə milyonların diqqətini çəkir.

1993-cü ildə Naqpurda doğulan Cyotinin 3 yaşından sonra böyüməsi dayanıb və onda axondroplaziya - cırtdanboyluluğa səbəb olan irsi xəstəlik aşkarlanıb.

Həkimlər boy hormonu verməyi riskli hesab etdiyindən ailə onun sağlam böyüməsinə şərait yaradıb. Məktəbdə onun üçün xüsusi masa hazırlanıb, bir qəza nəticəsində ayaqları xəsarət aldıqdan sonra isə Cyoti ağır və böyükölçülü ortopedik ayaqqabılar geyinmək məcburiyyətində qalıb.

Bütün çətinliklərə baxmayaraq, o, ali təhsil alıb, magistraturanı da bitirib, kliplərdə, şoularda və filmlərdə çəkilib. Cyoti "Big Boss" serialının 6-cı mövsümündə, həmçinin "Amerika Kabuslarının Tarixi" serialında rol alıb.

12 yaşında "dünyanın ən kiçik yeniyetməsi", 18 yaşında isə "dünyanın ən kiçik qadını" kimi tanınıb. O, həmçinin ən kiçik əl və ayaq ölçülərinə malik insandır. Cyoti dünyanın ən hündür kişisi Sultan Kösen və ən hündür qadını Rumeysa Gelgi ilə də görüşüb.

Bu gün o, moda üzrə magistr kimi öz geyimlərini dizayn edir, aktyorluq karyerasını davam etdirir və sosial şəbəkələrdə böyük sevgi qazanır. Cyoti deyir: "Ölçü heç nəyi müəyyən etmir. Mən də hər kəs kimi xoşbəxt yaşaya bilərəm".

Daha ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər