Ceyhun Bayramov və Hakan Fidan arasında Vyanada görüş olub

Ceyhun Bayramov və Hakan Fidan arasında Vyanada görüş olub
Foto
Siyasət 51

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3 dekabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Xarici İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə arasında möhkəm dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı məsələləri, habelə geniş bölgədə mövcud təhlükəsizlik vəziyyəti, regional sülh və sabitliyin təmin olunması istiqamətində görülən tədbirlər müzakirə olunub.

Bu çərçivədə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər iqtisadiyyat və ticarət, energetika və nəqliyyat-kommunikasiya layihələri, o cümlədən regional bağlantı təşəbbüslərinin reallaşdırılması ilə bağlı perspektivləri nəzərdən keçiriblər.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycan və Türkiyənin bir-birini qarşılıqlı şəkildə dəstəkləməsinin regional əməkdaşlığa müsbət töhfə verdiyini vurğulayıblar.

Nazirlər həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya səfəri çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.

Bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, regionda baş verən hadisələr və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, Ceyhun Bayramov 4-5 dekabr tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirak üçün Vyanada işgüzar səfərdədir.

Ceyhun Bayramov və Hakan Fidan arasında Vyanada görüş olub

Son xəbərlər