Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib

Neftçalada rayonunda I Balıq Festivalı keçirilib
Foto Video
Sosial 158

30 noyabr tarixində Neftçala rayonunda ölkənin balıqçılıq və akvakultura sektorunun potensialını nümayiş etdirmək, sahədə fəaliyyət göstərən təsərrüfatlar arasında əməkdaşlığı gücləndirmək və müasir texnologiyaların tətbiqini təşviq etmək məqsədilə I Balıq Festivalı keçirilib.

BAKU.WS xəbər verir ki, festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Festival çərçivəsində Neftçala və ətraf bölgələrdə fəaliyyət göstərən akvakultura və balıqçılıq təsərrüfatları, emal müəssisələri və müxtəlif istehsal, emal və ixrac potensialına malik şirkətlər öz məhsullarını təqdim ediblər.

Ziyarətçilər təzə, hisə verilmiş və dondurulmuş balıq məhsullarının geniş çeşidi ilə tanış olmaqla yanaşı, akvakultura prosesində tətbiq olunan müasir texnologiyalar barədə yerindəcə məlumat əldə etmək imkanı qazanıblar.

Festival zamanı iştirakçı qurumlar tərəfindən birgə balıq buraxılışı, çəkikimilər, nərəkimilər və digər qiymətli balıq növlərinin akvarium və hovuzlarda nümayişi, müxtəlif balıqların təqdimatı və akvakultura proseslərini əks etdirən texnoloji təqdimatlar həyata keçirilib.

Ziyarətçilərə çökə, nərə, uzunburun və digər balıq növlərinin göstərilməsi ilə yanaşı, USM diaqnostika avadanlıqları, məlumatlandırıcı lövhələr və videoçarxlar vasitəsilə balıq yetişdirilməsinin mərhələləri izah olunub.

Hər iki festival regionda aqrar və akvakultura sektorunun inkişafına, yerli təsərrüfatların tanıdılmasına, müasir texnologiyaların fermerlərə və istehsalçılara çatdırılmasına, həmçinin dövlət-özəl əməkdaşlığının gücləndirilməsinə xidmət edəcək.

Son xəbərlər