Əbülfəs Qarayevin qızı Məhsəti Gəncəvini əxlaqsız qadın kimi təqdim etmək istəyirmiş
Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın "Məhsəti" qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymasının səbəbi bəlli olub.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, filmdə görkəmli şairə Məhsəti Gəncəvi əxlaqsız qadın kimi təqdim edilir.
Rejissor və ssenari müəllifi Suad Qara tərəfindən hazırlanan filmdə ədəbiyyat irsimizə hörmətsizlik nümayiş olunur, Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflərə yol verilir, etik-normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir. Eləcə də obrazın mənəvi kimliyi ilə təqdim edilən səhnə və situasiyalar arasında nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb.
Filmin ayrı-ayrı fraqmentlərində mövzunun daxili məzmununa və Məhsəti Gəncəvinin ideya-mənəvi irsinə zidd olan sətiraltı mesajlar, manipulyativ təqdimatlar və kontekstdənkənar mənalandırma cəhdləri müşahidə edilir.
Qeyd edək ki, görkəmli şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi qətiyyən yolverilməzdir və geniş ictimaiyyət, eləcə də ziyalı təbəqəsi tərəfindən ciddi narazılıqla qarşılanacağı şübhəsizdir.
Məhsəti Gəncəvinin erotik səhnələrlə təqdimatı, normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Bədii Şurası tərəfindən "Məhsəti" filmi üzrə lisenziyanın verilməsi və qeydiyyata alınması məqsədəuyğun hesab edilməyib.
Xatırladaq ki, Suad Qarayeva sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır. O, "Instagram" hesabında paylaşım edərək bildirib ki, "Məhsəti" filmi Mədəniyyət Nazirliyinin Film Şurası lisenziya vermədiyi üçün Bakı Film Festivalının proqramından çıxarılıb. Şura filmin "mənəvi dəyərlərə uyğun olmadığını" əsas göstərib. S.Qarayeva özü də paylaşımında qeyd edib ki, "Məhsəti" obrazını canlandıran aktrisa dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır.
Oxşar xəbərlər
Bu festivallar vasitəsilə bölgələrdə emal müəssisələrinin yaradılmasını təşviq edirik - Anar Cəfərov
"2025-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin Agrar İnnovasiya Mərkəzi tərəfindən bölgələrdə məhsul festivallarına start verilib. İl ərzində 19 bölgəd...