Qazaxda 10 mindən çox şəxs qazsız qalacaq
30
apr
2026
18:29
Qazax rayonu, Daş Salahlı kəndində sabah saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması aşkar olunmuş sızmaların aradan qaldırılması ilə əlaqədardır.
Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
Qeyd edək ki, Qazax rayonunun Daş Salahlı kəndinin 10 mindən çox sakini var.
Oxşar xəbərlər
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarə...