Qayda pozan sürücüləri gözləyən ən ağır cəza hansıdır? - RƏSMİ AÇIQLAMA

Qayda pozan sürücüləri gözləyən ən ağır cəza hansıdır? - RƏSMİ AÇIQLAMA
Foto Açıqlama
Sosial 511

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələr və inzibati cəzalar sürücülərin məsuliyyətini artırmaq və yol təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

BAKU.WS-in məlumatına görə, qanunvericiliyə əsasən, qayda pozuntusunun növü və ağırlıq dərəcəsindən asılı olaraq, sürücülər müxtəlif məbləğlərdə cərimə edilə və ya daha sərt inzibati cəzalara məruz qala bilərlər.

Bəs sürücüləri gözləyən ən yüksək və ən aşağı cərimə hansılardır? Ümumiyyətlə, sürücünün qayda pozuntusuna görə ala biləcəyi ən ağır inzibati cəza hansıdır?

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev BAKU.WS-ə bildirib ki, ən aşağı inzibati cərimə məbləği 10 manatdır və bu, müəyyən xırda qayda pozuntularına görə tətbiq edilir:

"Ən yüksək inzibati cərimə məbləği isə 12 min manatdır və törədilən qayda pozuntusunun xarakterindən asılı olaraq daha ciddi hallarda nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinə əsasən, qayda pozuntusunun ağırlığından asılı olaraq nəqliyyat vasitəsinin idarəetmədən kənarlaşdırılma, habelə  hakim tərəfindən inzibati tənbeh növündə inzibati həbs, sürücülük hüququnun məhdudlaşdırılması haqda qərarlarda da qəbul olunur".

Orxan Hüseyn

Son xəbərlər