Benzin bahalaşdı: 8-9 minə satılan maşınlar 12-13 min oldu - Maşın bazarından REPORTAJ (VİDEO, FOTO)

Benzin bahalaşdı: 8-9 minə satılan maşınlar 12-13 min oldu - Maşın bazarından REPORTAJ (VİDEO, FOTO)
Video
Sosial 14

Kiçik həcmli, eləcə də, dizel mühərrikli avtomobilin qiymətində artım olacağı proqnozlaşdırılır.

BAKU.WS xəbər verir ki, bövzu ilə bağlı ARB TV "Avtomobil bazarı"ndan repotaj hazırlayıb.

İlk diqqət çəkən məqam bazarın boş olması idi. Satıcılar mövsümlə bağlı alıcı qabiliyyətinin əvvəlki kimi olmadığından, artıq alış-verişin həftənin yalnız bazar günü gerçəkləşdiyini dedilər. Bu vəziyyət həm də internet üzərindən satışların ənənəvi avtomobil bazarına sıxışdırması ilə izah edilir.

Bazarda satıcı və alıcıların dediyinə görə isə daha az yanacaq sərf edən minik avtomobillərinin qiymətində artım var.

"4 həftədi gəlirəm. Benzin sərfiyyatı az olan maşın axtarıram. Qane eləmir, çox bahadır. 2 ay qabaq 8-9 minə aldığımız maşın indi 12-13 mindir", - deyə alıcı bildirib.

Satıcıların sözlərinə görə, son 2 ayda real alıcı yoxdur: "Hamı gəlir soruşur, çıxır gedir. 1,6 motorlular 12 min, 15 min arasında dəyişir. Əvvəllər ucuz idi".

Qiymətində bahalaşma müşahidə edilən digər avtomobillər isə dizel mühərrikli olanlardır.

Maşın alveri ilə məşğul olanlar deyir ki, iri həcmli mühərriki olan avtomobillərin qiyməti dəyişməyib. Amma alıcısı azalıb.

Ucuz avtomobillərə üz tutanların həm yanacaq sərfiyyatı, həm də ehtiyyat hissələrinə görə həmişə üstünlük verdiyi Rusiya istehsalı nəqliyyat vasitələri indi bazarda az görünsə də, istəyin aşağı olmadığı deyilir.

Bazarda sözügedən maşınların qiymət artımı növbəti həftələrdə də davam edəcəyi gözlənilir.

BAKU.WS

 

Son xəbərlər