Maşın bazarında dizellə işləyən maşınlar bahalaşdı (VİDEO)
Aİ-92 markalı yanacağın qiymətinin tənzimlənməsi dizellə işləyən maşınlara marağı artırıb.
Maşın bazarına gələn müştərilər daha çox dizel yanacağı ilə işləyən avtomobillərə üstünlük veriblər.
Dizel yanacağı ilə işləyən avtomobillərə marağın artması onların qiymətinə təsir edib. Satıcı və alıcıların dediyinə görə, ötən bazarla müqayisədə bu həftə maşınların qiymətində bahalaşma müşahidə edilir.
Dizel avtomobillərindən fərqli olaraq benzinlə işləyən maşınların qiymətində dəyişiklik yoxdur. Buna rəğmən tələbat azalıb.
Satıcıların sözlərinə görə, qiymətdə artım və ya azalmasının olub-olmayacağı qarşıdakı həftələrdə daha dəqiq bilinəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
Oxşar xəbərlər
Benzin bahalaşandan sonra: “Prado” 12 min, “Lexus ” 72 min dollar
Yanvar ayının 12-dən etibarən "Aİ-95" premium markalı benzinin qiyməti bahalaşıb. Avtomobil ekspertləri fins.az-a bildiriblər ki, benzinin bahalaşması avtomob...