"Qarabağ"ın futbolçusundan xüsusi ÇAĞIRIŞ
30
sen
2017
10:33
Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Qara Qarayev Dünya Ürək günü ilə bağlı alqışalayiq paylaşımı ilə diqqət çəkib. BAKU.WS-in məlumatına görə, futbolçu sosial şəbəkədə izləyicilərinə məsləhət görüb. O, insanları siqaretdən imtina etməyə çağırıb."Bu gün Dünya Ürək günüdür. Bir çox insanın erkən yaşlarda ürək xəstəliklərinə tutulması məhz siqaretlə bağlıdır. Siqaret çəkən şəxs özünün və ətrafındakıların sağlamlığına zərər vurur. Mən sizi siqaretdən imtina etməyə və sağlam həyat tərzinə çağırıram. Siqaretdən imtina edin, sağlamlığınızın və ürəyinizin qayğısına qalın!". TuncayBAKU.WS
Oxşar xəbərlər
"Qarabağ"ın yeni transferi "Cücələrim"i ifa etdi (VİDEO)
"Qarabağ"ın yeni transferi Vilde-Donald Gerye Azərbaycanın uşaq mahnısı "Cücələrim”i pianinoda ifa etməyə çalışıb. BAKU.WS-in məlumatına görə, futbolçu ifasın...