Siqaretdən imtina etmək istəyənlər üçün kabinet açıldı - FOTO

Siqaretdən imtina etmək istəyənlər üçün kabinet açıldı - FOTO
Şou-biznes 2635
 

1 saylı "ASAN xidmət” Mərkəzində "Tütündən imtina səyyar kabineti” layihəsinin icrasına başlanılıb.

BAKU.WS İstiPress-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin eyniadlı layihəsi çərçivəsində təşkil edilən kabinetdə həkim-metodist "ASAN xidmət”ə müraciət edən, təkcə siqaretçəkənin deyil, ətrafdakıların da sağlamlığına təsir edən bu zərərli vərdişdən yaxa qurtarmaq istəyən vətəndaşlara kömək edəcək.

Bir neçə gün fəaliyyət göstərəcək kabinetin açılışında çıxış edən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, layihə "qeyri-infeksion xəstəliklərə qarşı mübarizə” milli strategiyasında dəyişikliklərə dair müzakirələr ərəfəsində keçirilir.

BAKU.WS

Son xəbərlər