İlham Əliyev: "ASAN xidmət” rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi"
"ASAN xidmət”in yaradılması ictimai xidmətlər və ictimai münasibətlər sahəsində bir inqilab idi. Bu, özlüyündə böyük bir irəliləyiş, böyük bir yenilikdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda 1 saylı "ASAN kommunal” Mərkəzinin açılışında çıxışı zamanı səsləndirib.
Dövlətimizin başçısı qeyd edib ki, "ASAN xidmət”in təsiri təkcə bundan ibarət deyil, bu mərkəzlərdə göstərilən xidmətlərlə məhdudlaşmır. "ASAN xidmət”, ümumiyyətlə, vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. Bax, "ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir.
"Vətəndaşlar da bu xidməti çox bəyənirlər və gözləyirlər ki, onların rayonlarında da "ASAN xidmət” mərkəzləri açılacaq. Biz bunu tədricən edəcəyik. Bizim planlarımıza görə, 2018-ci ildə ölkəmizdə, yəni, rayonlarda 10 mərkəz yaradılacaq. Ondan sonra bu proses daha da sürətlə gedəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev 1 saylı “ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib (FOTO)
Dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda 1 saylı "ASAN Kommunal” Mərkəzinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Pr...