Nazirlik işçi axtarır

Nazirlik işçi axtarır
Sosial 2011

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi yeni vakansiyalar elan edib.

 

BAKU.WS xəbər verir ki, siyahıda həkimlərlə yanaşı, sosioloq, hüquqşünas, dizayner, tərcüməçi vakansiyaları da var. 

Boş iş yerləri ilə maraqlanan şəxslər özləri haqqında ətraflı məlumatı tərcümeyi-hal (CV) şəklində [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər. CV-lər həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Kadrlar şöbəsinə (H.Zərdabi küçəsi, 96, 2-ci mərtəbə, 7-ci otaq)  hər gün (şənbə və bazar günlərindən başqa) saat 9:30-dan 12:30-dək təqdim edilə bilər.

CV formasını İSİM-n saytından yükləmək olar. Qəbul olunmuş CV-lər əsasında vakant vəzifələrə uyğun hesab edilən mütəxəssislər müsahibə üçün İSİM-ə dəvət olunacaqlar.

Vakansiyalar və işə qəbulla bağlı tələb olunan sənədlər haqqında ətraflı məlumat əldə etmək üçün (012) 430-1486 telefon nömrəsinə zəng və ya [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

Vakansiyaların tam siyahısı ilə buradan tanış olmaq olar.

 

BAKU.WS

Oxşar xəbərlər

Nazirlik işçi axtarır – ŞƏRTLƏR

Nazirlik işçi axtarır – ŞƏRTLƏR

Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən vətəndaşları üçün müsabiqə elan edib. Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, sənə...

7482 Sosial 10:02 01 mart 2017

Son xəbərlər