Qarabağ Universitetinə mətbuat katibi axtarılır
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini
karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər."Namizədlər ətraflı məlumatla nazirliyin rəsmi internet səhifəsinin "Elanlar" bölməsinə, eləcə də aşağıdakı keçidlərə daxil olmaqla tanış ola bilərlər. Diqqətinizə çatdırırıq ki, yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri təqdim edən şəxslərin müraciətlərinə baxılacaq", - deyə məlumatda qeyd olunub.
Qarabağ Universitetində vakansiya - ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriQarabağ Universitetində vakansiya - ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisOxşar xəbərlər
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ - Qeydiyyat başladı
Dövlət İmtahan Mərkəzi tərəfindən 8 oktyabr 2023-cü il tarixində dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə...