Qar uçqununa düşərək həlak olmuş hərbçimizin dəfnində izdiham – FOTO

Qar uçqununa düşərək həlak olmuş hərbçimizin dəfnində izdiham – FOTO
Foto
Sosial 1234
Martın əvvəlində qar uçqununa düşərək həlak olmuş Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusunun dəfn mərasimi keçirilib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Daşkəsən rayonundan anadan olmuş 1992-ci il təvəllüldü, Məmmədov Fərrux Fərman oğlu son mənzilə yola salınıb. Daşkəsən rayonunda keçirilən dəfn mərasimində 2000 nəfərdən artıq rayon ictimaiyyəti nümayəndələri iştirakı edib. Məmmədov Fərrux Fərman oğlu ailəli idi, şəhidin 1 qız övladı yadigar qalıb.Qeyd edək ki, 04.03.2019-cu il tarixdə saat 13-00 radələrində Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissənin giziri, 1984-cü il təvəllüldü, Qazax rayonunda anadan olmuş Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1992-ci il təvəllüldü, Daşkəsən rayonunda anadan olmuş əsgər Məmmədov Fərruz Fərman oğlu döyüş postundan qayıdarkən qar uçqununa düşərək həlak olmuşlar.Nazir Quliyev

Son xəbərlər