Müdafiə Nazirliyi əsgər Məmmədovun Tərtərdə necə həlak olduğunu açıqladı
15
yan
2018
11:35
Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçu Məmmədov Sənan Hidayət oğlunun təmas xəttinin Tərtər istiqamətində ötən həftə həlak olması ilə bağlı virtualaz.org saytının sorğusuna cavab verib.BAKU.WS-in məlumatına görə, nazirlik bildirir ki, əsgər Məmmədov Sənan Hidayət oğlu “döyüş növbətçiliyi qaydalarının kobud şəkildə pozulması” nəticəsində həlak olub. Hazırda faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.Xatırladaq ki, sosial şəbəkələrdə Sənan Məmmədovun doğulduğu Culfa rayonunda dəfninə dair videogörüntülər yayılmışdı. Bildirilirdi ki, hərbi qulluqçu düşmənlə atışmada həlak olub.BAKU.WS
Oxşar xəbərlər
MN: Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun həlak olması barədə məlumat yalandır
Müdafiə Nazirliyi "Vətən Sağ Olsun” adlı feysbuk sosial şəbəkə istifadəçisinə istinadən Ermənistan mətbuatında guya Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluq...